Bayraq Azərbaycan Respublikasının mühüm dövlət rəmzlərindən biridir

0
1417

Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında öz bayrağı ilə təmsil olunur, tanınır.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi.Bu səbəbdən istər tarixdə, istərsə də indinin özündə hər hansi bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq altında hansı cəmiyyət yer alibsa onun simasını, keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və rənglərin mənasını göre bilərik.

Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir.Dövlət bayrağı məxsus olduğu dövlətin fərqləndirici əlamətidir.

Azərbaycan Respublikasının təqdimat vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir.

Müqəddəs istiqlal rəmzi-Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır, milli müstəqilliyinin bünövrəsinin qoyulması isə həmin müstəqilliyi tərənnüm edən rəmzlərin qaldırılmasıdır.Bu cəsarətli addım bütün Azərbaycan xalqı tərəfindən alqışlandı, dəstəkləndi, o dövrki Azərbaycan siyasi rəhbərliyinə əhəmiyyətli təsir göstərdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağının təbliğinə böyük əhəmiyyət verirdi.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla bərabər, Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyən Ulu Öndər çıxışlarında bunu dəfələrlə bildirmişdir.

 

Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc