Zərdabda “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi çərçivəsində təlim keçirdi-FOTO

0
1208
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Zərdab Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Gənclər evinin təşkilatı dəstəyi ilə noyabrın 3-də Zərdabda “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi çərçivəsində təlim keçirdi.
Qanunla.Az xəbər verir ki,təlimdə Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov və Gənclər evinin direktoru Jalə Kərimli iştirak və çıxış edərək ölkəmizdə narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparılmasından, narkomaniyanın insanlara, xüsusi ilə gənclərə vurduğu mənəvi və maddi zərərlərdən, onların sağlamlığına ciddi təhlükələrin yaratmasından bəhs etdilər.
Təlimçi Rasif Qaçayzadə “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparıb, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və onların narkomaniya və digər neqativ vərdişlərdən uzaq durmasının önəmini və əhəmiyyətini diqqətə çatdırıb.
Təlim zamanı tədbir iştirakçılarına narkomaniyaya aid hazırlanmış bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar paylanılıb, sertifikatlar təqdim olunub.
image-312267942_5530615290321754_8730952946865560129_nimage-312251169_5530610903655526_5771758857308354529_nimage-314354852_5530615503655066_364184081566054649_nimage-312820268_5530610330322250_6698735703480896043_nimage-314403591_5530607836989166_3470075814131142473_nimage-313411373_5530620933654523_9022941838083719184_nimage-313425646_5530620813654535_286060243715686843_nimage-313385732_5530622680321015_1990121050832157231_n