Zərdabda “Tarix yazan qəhrəmanlar” mövzusunda tədbir keçirilib-FOTO

0
1474
“8 Noyabr – Zəfər günü” münasibəti ilə noyabrın 4-də Zərdab Rayon Gənclər və İdman idarəsinin, Zərdab Gənclər evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tarix yazan qəhrəmanlar” mövzusunda Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi.
Qanunla.Az xəbər verir ki,İlk öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, Müzəffər Komandan filmi nümayiş olunub.
Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşları Tural Nağıyev və Famil Məmmədov, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Zərdab Gənclər evinin direktoru Jalə Kərimli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, SHXÇDX-nın Zərdab rayon bölməsinin zabitləri, Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, Zərdab Peşə liseyinin müəllim və şagirdləri, Şəhid ailələri, müharibə iştirakçıları və könüllü gənclər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin şərəfli səhifələrindən olan Vətən müharibəsinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərdən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda yetişməsinin zəruriliyindən danışıb.
Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatlarında iştiraklarından və 44 günlük haqq savaşımızda vətənpərvər oğullarımızın igidliyindən söhbət açaraq, ölkəmizdə eləcə də Zərdab rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Görüşdə “8 Noyabr – Zəfər günü” nə həsr olunmuş həvəskar gənc rəssamların rəsm işlərindən ibarət sərgi nümayiş olunub, Zərdab Peşə liseyinin tələbəsi Balı Nemətin ifasında “8 Noyabr – Zəfər günü” nə həsr olunmuş şeir səsləndirilib.
image-312489585_5533695176680432_5735236029207526647_nimage-312814343_5533700976679852_3989430651197826893_nimage-312376559_5533700896679860_6690212390569941547_nimage-314411600_5533701326679817_4302262980751317216_nimage-312443071_5533709590012324_2173153552670233296_nimage-312938020_5533709513345665_6943059582102024996_nimage-313093696_5533709796678970_6971966040954815878_nimage-314412250_5533718283344788_6139522914639985091_n-1image-314502292_5533719866677963_1424654413160172897_nimage-312634577_5533720316677918_4325587456764892624_n
image-312984330_5533727713343845_8874161247223822271_n