Soçi görüşü sülh müqaviləsi üçün 2020-ci və 2021-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bəyanatları tamamilə yenilədi

0
2002

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin görüşü və üçtərəfli bəyanatın imzalanması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini daha da sürətləndirəcək.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlnması üçün 5 prinsip təklif edib. Prezident İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə bu məsələni bir daha xatırladıb: “Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.  Müsbət haldır ki, Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir. Çünki Rusiya Prezidentnin münasibtlərin normallaşdırlması istiqamətində “Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir” deməsi buna əsas verir.

Soçi görüşü sülh müqaviləsi üçün 2020-ci və 2021-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bəyanatları tamamilə yenilədi. Bəyanatda münasibətlərinin kompleks şəkildə normalaşdırması qeyd olunur. Eyni zamanda bu bəyanat əvvəliki görüşlərdə nail olunan bütün razılaşmaların praktiki yerinə yetirilməsini hədəfləyir. “Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik”,- deyə bəyantda bildirilir. Əlbəttə ki, əsas hədəf sülh müqaviləsinin imzalanması və sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafın təmin olunmasıdır. Azərbaycan dövləti də daimi bu məsələ üzərində çalışır. Cənab Prezident Soçidə rusiyalı həmkarı ilə görüşdə də bu məslənin bir daha qaldıraraq “İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib” deyə, fikrini açılayıb. Lakin hər zamankı kimi Ermənistan bu baxımdan passivlik edir, etdiyi hərəkətlər də sülhə qarşı olur.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc