Şirvan sakinləri “Açıq mikrofon”da müraciətlərini səsləndirdi-FOTO

0
1077

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” bu dəfə Şirvan sakinlərinin ixtiyarında olub. Mikrofon önünə keçən Hacıqabul sakini Nazim İmanov uşaq baxçasının qazlaşdırılmasını xahiş edib. Aksiyada səslənən 8 müraciətdən 6-sı sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı olub.

Qanunla.Az xəbər verir ki, “Açıq mikrofon” aksiyasında çıxış edən SOCAR “Azəriqaz” İB-nin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

image-img-20221110-wa0054 image-img-20221110-wa0055 image-img-20221110-wa0056 image-img-20221110-wa0057