İşə qəbulla bağlı keçirilən imtahanlarda SOCAR “Azəriqaz” İB yanında İctimai Şuranın rəyi-VİDEO

0
992

İşə qəbulla bağlı keçirilən imtahanlarda SOCAR “Azəriqaz” İB yanında İctimai Şuranın rəyi

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2022-2023-cü illər ərzində mövcud olan və gələcəkdə yaranması ehtimal edilən vakant yerlərin vaxtında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsi artıq yekunlaşmaq üzrədir.

Qanunla.Az xəbər verir ki, müsahibələr Birliyin “Başdan ayağa” layihəsi çərçivəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İnsan Resursları Departamentinin vasitəçiliyi ilə aparılır. Bundan əlavə, SOCAR-ın “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının icrası istiqamətində cari ilin iş planı”na uyğun olaraq müsahibələrin keçirilməsinə ictimai nəzarətin təmin edilməsi məqsədilə “Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri tərəfindən müsahibələrin gedişi müşahidə edilir. Müsabiqədə iştirak etmək üçün müraciət edən 4606 namizəddən 4495 nəfəri ilkin seçim mərhələsini keçmiş və müsabiqənin növbəti mərhələsində iştirak hüququ əldə edib. Müsahibə mərhələsinə keçid haqqı əldə edən namizədlərin sayı 1539, Kadr Ehtiyatı Bazasına daxil olunan namizədlərin sayı isə 970 nəfərdir.
Qeyd edək ki, müsahibədən uğurla keçən və eyni bal toplayan namizədlər arasında şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına və bu qəbildən olan həssas qruplara aid olunan namizədlərə yerləşdirmə zamanı üstünlük veriləcəkdir.