0
495

Medvedçuk: Zelenskinin gəlməsi ilə Rusiya və Ukraynanın əlaqələri yaxşılaşmadı

Ukraynanın “müxalifət platforması” partiyasının rəhbəri Viktor Medvedçuk Vladimir Zelenskinin hakimiyyətə gəlməsi ilə Moskva və Kiyev arasında münasibətlərin yaxşılaşmadığını bildirdi.
Bu barədə Viktor Medvedçuk öz Twitter hesabında yazıb.
“Zelenskinin hakimiyyətə gəlməsi ilə Rusiya ilə Ukrayna arasındakı münasibətlər yaxşılaşmadı. Üstəlik, onların yaxşılaşma perspektivləri də görünmür.” – Ukraynalı siyasətçi Twitterdə yazdı.
Qeyd edək ki, Moskva ilə Kiyev arasındakı əlaqələr Donbasdakı vəziyyətin fonunda pisləşib. Ukrayna hakimiyyəti dəfələrlə Rusiyanı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. 2015-ci ilin yanvarında Ali Rada Rusiya Federasiyasının “təcavüzkar ölkə” adlandırıldığı bəyanat qəbul edib. Rusiya tərəfi, öz növbəsində Ukrayna tərəfinin ittihamlarını rədd edib və onları qəbuledilməz sayıb. Moskva dəfələrlə Ukraynanın daxili münaqişəsinə tərəf olmadığını və siyasi və iqtisadi böhranı aradan qaldırmaqda maraqlı olduğunu bildirib.