Azərbaycanın Moskvadakı səfirliyi Ermənistanın Rusiyadakı səfirinin Pyatiqorskda keçirilən “Maşuk-2019 Şimali Qafqaz Gənclər Forumu” nda Azərbaycan nümayəndəsinin ünvanına səsləndirlən açıqlamalar və baş verən hadisə ilə əlaqədar rəsmi nota göndərdi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“9 Avqust 2019-cu ildə Pyatiqorskda “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu işə başladı. Forum zamanı Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə görüşündə Azərbaycan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qəbuledilməz ifadələr səsləndirdi ki, bu da Bakı Gənclər Klubu ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb oldu və xoşagəlməz bir hadisə baş verdi.” – Azərbaycan səfirliyinin göndərdiyi notada deyilir.
Bundan əlavə, Azərbaycan diplomatik nümayəndəliyindən verilən məlumata görə, səfir Polad Bülbül oğlu, əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq Pyatiqorska getməkdən, forumda və görüşlərdə iştirak etməkdən imtina etdi.
Qeyd edək ki, XİN bildirildiyinə əsasən, hadisənin təfərrüatları Rusiya Xarici İşlər Nazirliyinə göndərilən rəsmi notada göstərilib.