0
452

Rusiya və Monqolustan investisiya əməkdaşlıq fondu yaradacaq

Moskva və Ulan-Bator Rusiya-Monqolustan investisiya əməkdaşlıq fondunun yaradılması haqqında müqavilə bağlayacaqlar.
Bu barədə Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev məlumat verdi.
“Bu gün Rusiya İnvestisiya Fondu və Monqolustan İnvestisiya Fondu ilə Rusiya-Monqol İnvestisiya Əməkdaşlıq Fondunun yaradılması haqqında mühüm bir müqavilə imzalayır” – Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bildiridi.
Onun sözlərinə görə bu fond investisiya əməkdaşlığının həcmini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.
Rusiya İnvestisiya Fondunun rəhbərinin sözlərinə görə, yeni texnologiyalar və nəqliyyat infrastrukturu sahəsində daha çox Rusiya-Monqol layihəsi olacaq.