Avropa Birliyi və Rusiya sentyabrın sonuna qədər Ukrayna ilə qaz məsələsinə görə nazirlik səviyyəsində görüş keçirməyə razılıq verdilər.
Bu barədə Avropa Komissiyası sədrinin Enerji Birliyi işləri üzrə müavini Maroş Şefçoviç Twitter-də yazıb. Onun sözlərinə görə, danışıqların dəqiq tarixi Ukrayna tərəfi ilə məsləhətləşmələrdən sonra açıqlanacaq.
“Rusiya Federasiyasının Energetika naziri Alexander Novak ilə yaxşı danışıqlar apardıq. Bu ayın sonuna qədər nazirlərin üçtərəfli danışıqlarının aparılmasına dair razılığa gəldik. Dəqiq tarix Ukrayna tərəfi ilə danışıqlardan qısa müddət sonra açıqlanacaq.” – Maroş Şefçoviç bildirdi.
Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya və Ukraynaya nəql olunan qazın illik həcmi ilə on il müddətinə yeni uzunmüddətli tranzit müqaviləsi bağlamağı təklif edir. Bu, Kiyevə Rusiyadan tranzit üçün ödənişi ildə 3 milyard dollaradək gəlir gətirməlidir.