Belarusiya Prezidenti Aleksander Lukaşenko, Moskvanın keçmiş meri Yuri Lujkovun vəfatı ilə əlaqədar başsağlığı verərək, onu istedadlı siyasətçi və Belarusiyanın əsl dostu adlandırıb. Bu barədə Belarus liderinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Belarusiya Prezidenti Aleksandr Lukaşenko Belarus xalqı adından və şəxsən Yuri Lujkovun yaxınlarına və dostlarına itki ilə əlaqədar başsağlığı verdi” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Mətbuat xidmətindən verilən məlumata görə, Belarus dövlətinin başçısı, Lujkovun ölüm xəbərini böyük kədər və təəssüf hissi ilə qəbul edib.
“İki qardaş xalqın birləşməsinə, Belarus-Rusiya münasibətlərinin qurulmasına və inkişafına çox enerji və sərf edən istedadlı siyasətçi və görkəmli dövlət xadimi, Belarusiyanın həqiqi dostu vəfat etdi. Onun adı ölkələrimiz arasında əlaqələri gücləndirən bir çox mühüm təşəbbüs və layihələrlə ayrılmaz şəkildə bağlıdır.” – Lukaşenko vurğulayıb.
Qeyd edək ki, 1992-ci ildən 2010-cu ilə qədər Moskvaya rəhbərlik edən Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.