0
467

Qazaxıstan prezidenti Kasım Comərd Tokayev İnstagram sosial şəbəkəsində qeydiyyatdan keçdi. Bu barədə prezidentin mətbuat katibi  Berik Kurmanqalı öz Facebook səhifəsində məlumat verdi.

Bölgə rəhbərlərini yaxın vaxtlarda vətəndaşların müraciətlərinə dərhal cavab vermək və əhali ilə fikir mübadiləsi aparmaq, sosial şəbəkələrdə fəal şəkildə fəaliyyət göstərməyə çağırıram.
Mətbuat katibi qeyd etdi ki, “@tokayev_online” Qazaxıstan prezidentinin yeganə rəsmi səhifəsidir. “Qazaxıstan Respublikasının Prezidenti adından Instagram-da digər bütün səhifələr saxtadır” – Kurmanqalı bildirdi.