ABŞ Əfqanıstandakı vəziyyəti sabitləşdirmək üçün Rusiyadan daha çox dəstək istəyir. Belə bir bəyanatla ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Devid Heyl çıxış edib.
“ABŞ-ın Əfqanıstandakı nümayəndəsi Zalmay Xəlilzad və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri, bu mövzuda rusiyalı tərəfdaşlarla ilə sıx danışıqlar aparır. Rusiya tərəfindən yalnız İŞİD ilə mübarizə məsələsində deyil, həm də siyasi proses və sabitləşmə məsələsində də daha geniş əməkdaşlıq etmək istərdik” – deyə, diplomat ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyadan kömək istəməsinə Moskvanın reaksiyası “idealdan bir qədər azdır”