ABŞ Dövlət Departamenti Putin və Pompeonun görüşü barədə məlumat verdi

0
606

ABŞ Dövlət Departamenti Putin və Pompeonun görüşü barədə məlumat verd

ABŞ dövlət katibi Mayk Pompeo, 12-14 May tarixlərində Moskvaya və Soçiyə səfər edəcək, Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat verdi.
“Dövlət katibi Maykl Pompeo 12-14 may tarixlərində Moskva və Soçiyə səfər edəcək” – məlumatda deyilir.
Qeyd edək ki, mayın 13-ü Pompeo Moskvaya gələrək, Amerika səfirliyini ziyarət edəcək. Bundan sonra, mayın 14-də Soçiyə “Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüşmək üçün səfər edəcək”. Müzakirələr zamanı Pompeo ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir.