Amerika Birləşmiş Ştatlarının dünyadaki təcavüzkar davranışı bütün normaları və sərhədləri aşır.
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliryinin rəsmi nümayəndəsi Maria Zaxarova ABŞ-ın İrana qarşı təhdidlərini şərh edərkən bildirib.
“Amerika Birləşmiş Ştatlarının dünyadaki təcavüzkar davranışı bütün sərhədlərdən kənara çıxır. Bölgə dalıyca bölgə, dövlət dalıyca dövlət, xalq dalıyca xalq bu siyasətdən əziyyət çəkir. Əlində qamçı, bir əlində kökə ilə Vaşinqton kainatına “hakim” olmağ istəyir. Bunu keçmişik. Nəticələr də məlumdur.” – Zaxarova öz Facebook hesabında qeyd edib.
Qeyd edək ki, bir müddət öncə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk Birləşmiş Ştatların İranın hücumuna hərbi qüvvə ilə cavab verəcəyini bildirdi. Onun sözlərinə görə, ABŞ Tehranla Avropa mexanizminin maliyyə sazişlərinə qarşı sanksiyalara hazırdır.