ABŞ Rusiya və Çinlə üçtərəfli nüvə silahı müqaviləsini müzakirə etmək niyyətindədir

0
672

ABŞ nümayəndələri Rusiya ilə İyulun 17-si baş tutacaq Cenevrədə görüş zamanı Çin ilə üçtərəfli nüvə silahı müqaviləsini müzakirə etmək niyyətindədir.
Bu barədə Reuters xəbər agentliyi ABŞ-ın yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat verdi.
“Görüş yaxşı keçsə, Çinlə münasibətlərin səviyyəsi daha aydın görünər” – ABŞ nümayəndəsi qeyd etdi.
Eyni zamanda, ABŞ Cenevrədə orta və yaxın mınzilli raketlərin ləğvinə dair müqaviləsində çərçivəsində baş tutacaq dialoqda “sıçrayış” gözləmir.
Qeyd edək ki, İyulun 17-si ABŞ dövlət katibinin köməkçisi Con Sallivan və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə strateji sabitlik mövzusunda fikir mübadiləsi aparacaq.