ABŞ Rusiyaya qarşı yeni sanksiyaların nə vaxt qüvvəyə minəcəyini açıqladı

0
611

Avqustun 26-sı Kimyəvi və bioloji silahlara nəzarət haqqında tələb edilən qanun Konqresə göndərildikdən sonra yeni anti-Rusiya sanksiyaları qüvvəyə minəcək.
Bu barədə ABŞ Maliyyə Nazirliyindən verilən məlumatda deyilir.
Sanksiyaların ikinci mərhələsinə aşağıdakılar daxildir: ABŞ Rusiyaya Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə qurumlarından hər hansı bir kredit, maliyyə və ya texniki yardımın verilməsinə qarşı çıxacaq.
Eyni zamanda, Maliyyə Nazirliyinin izah etdiyi kimi, sanksiyalar dövlət şirkətlərinə şamil edilmir.
Qeyd edək ki, bir müddət öncə məhdudlaşdırıcı tədbirlərin avqustun 19-dan qüvvəyə minəcəyi bildirilib. İlk sanksiya paketi ötən il avqustun 27-də qüvvəyə minib.