ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları gözlənilmədən Rusiyanın neft markasına tələbin artmasına, Rusiya neft ixracatçılarının gəlirlərinin artmasına səbəb oldu. Bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiya neft şirkətləri 2018-ci ilin noyabrından 2019-cu ilin iyulunadək ən azı 905 milyon dollar əlavə gəlir əldə edib.
Hesabata görə, ABŞ sanksiyaları OPEK ölkələrinin və tərəfdaşlarının hasilatının azalması fonunda Rusiya neftinə tələbatı artırdı. Urals ənənəvi olaraq Brent-ə nisbətən endirimlə satılıb, lakin ABŞ-ın İran neftinin qlobal alış-verişini məhdudlaşdırdıqdan sonra bu endirim ötən ilin noyabr ayında azalmağa başladı. Və 2019-cu ilin əvvəlində Urals Brent ilə demək olar ki, eyni sırada satış həyata keçirməyə başladı.