Amerika Senatı Baş katibin müavini Con Sallivanı Vaşinqtonun Moskvadaki səfiri vəzifəsinə təsdiq etdi. Məlumata əsasən, Senatorların yarısından çoxu ona səs verib. Senat tərəfindən təsdiqləndikdən sonra təyinetmə fərmanı ABŞ prezidenti Donald Trump tərəfindən imzalanmalıdır.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bir müddət öncə Sullivanı ” peşəkar, və təcrübəli bir diplomat” olaraq xarakterizə edərək, Moskvanın onunla əməkdaşlıq etməkdən məmnun olacağını deyib.
Qeyd edək ki, Sallivan, Moskvada vəzifəsini başa çatdıran Con Hantsmanın yerinə gələcək. Sallivan 2017-ci ilin may ayında Dövlət Departamentinə gələrək, Amerika diplomatiyasında “ikinci şəxs” olaraq adlandırılıb. O həmçinin, Amerika tərəfindəki antiterror dialoqunun həmsədridir.