
ABŞ Konqresinin Xarici İşlər Komitəsi, Rusiya hökumətinə və Suriya hökumətinə dəstək verməsinə görə fiziki və hüquqi şəxslərə məhdudiyyətlər tətbiq edən qanun layihəsini təsdiqləyib. Bu barədə komitənin böyük üzvü Robert Menendez öz “Twitter” səhifəsində məlumat verib. İndi sənəd bütövlükdə Senatın müzakirəsinə təqdim ediləcək, burada sənədə düzəlişlər edilə bilər. Siyahıda olanlar ABŞ-ın qara siyahısına düşə bilərlər. Sanksiyalar siyahısına daxil olmaq ABŞ-dakı aktivlərin dondurulması, ABŞ şirkətləri ilə əməkdaşlıq, o cümlədən ABŞ ərazisinə girməyi məhdudlaşdırır.