Almaniya Xarici İşlər Nazirliyi Rusiyanı Birləşmiş Millətlər Təşkilat Tribunalının Dəniz Qanununa dair qərarını yerinə yetirməyə çağırır. Qanuna əsasən, Moskva Kerç boğazında tutulan Ukraynalı dənizçiləri sərbəst buraxmalı və ələ keçirilən gəmiləri geri qaytarmalıdır.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Biz Rusiyanı Tribunalın bu qərarını yerinə yetirməyə, tutulan dənizçiləri və dərhal sərbəst buraxmağa çağırırıq” – məlumatda deyilir.
Bildirilir ki, Mayın 25-i Beynəlxalq Dəniz Məhkəməsi, Rusiyadan, Kerç Boğazında tutulan Ukrayna gəmilərini və dənizçiləri sərbəst buraxmasını tələb etdi.
Qeyd edək ki, 2018-ci ilin Noyabr ayında Ukraynanın üç hərbi gəmisi Kerç boğazında Rusiya Federasiyasının sərhədini bozduğuna görə saxlanılıb.
Hadisə nəticəsində gəmilərdə olan 24 hərbiçi həbs edilib.
Onlara Rusiyanın dövlət sərhədinin qeyri-qanuni keçməsi maddəsi ilə cinayət işi açılıb.