Almaniyanın xarici işlər naziri Hayko Maas vacib beynəlxalq məsələlərin yalnız Rusiyanın iştirakı ilə həll edilə biləcəyinə dair fikir irəli sürdü. Almaniyalı nazir bunu Moskvaya uçmamışdan əvvəl söyləyib.
“Hazırda Rusiya ilə bir çox sahələrdə köklü şəkildə fərqli mövqelərimiz var. Bu barədə danışmalıyıq, çünki yalnız Moskvanın iştirakı ilə vacib beynəlxalq məsələlərdə nəticə əldə edəcəyik … Bunun üçün birbaşa və açıq bir dialoqa ehtiyacımız var” – Hayko Maas qeyd etdi.
Qeyd edək ki, bir müddət öncə almaniyalı xarici işlər naziri Avropada davamlı sülhün yalnız Rusiya ilə əməkdaşlıq sayəsində olacağını bildirib.