Altayda yanğın baş verdi: iki nəfər dünyasını dəyişdi

0
620

Rusiyanın Altay vilayətinin Rubsov rayonnda yerləşən bir mərtəbəli yaşayış evində yanğın baş verdi. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişdi.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Altay regionu üzrə Baç İdarəsindən məlumat verildi.
“Yanğın gec aşkarlandığında böyük əraziyə yayıldığından alovu lokallaşdırmaq üçün yanğınsöndürənlər bir saatdan çox sərf etdi.
Ev, hamam və anbar yanğından ciddi ziyan gördü. Hadisə yerində axtarışlar nəticəsində 2 cəsəd aşkarlandı”- Fövqəladə Hallar Nazirliyinin Altay regionu üzrə Baç İdarəsindən verilən məlumatda deyilir.
Məlumata əsasən yanğına səbəb ev sahiblərinin alovla ehtiyyatsız davranması olub.