Amurda ağır yol qəzası baş verdi

0
622

 

Rusiyanın Amur vilayətində yol qəzası baş verdi. Hadisə nəticəsində 9 nəfər barədə Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsinin mətbuat xidməti məlumat verdi.
“Moskva vaxtı ilə 03:05-də Beloqordsk – Novoye Romnı magistral yolunda Toyota Mark və Toyota Hays markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 9 sərnişin yaralanıb, onlardan 4-ü yeniyetmədir. Qəza nəticəsində ölən yoxdur.” – Mətbuat xidmətindən verilən məlumatda deyilir.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.