Angola prezidenti Joao Laurens rəsmi səfərlə Moskvaya gəldi.
Anqolaprezidentinin təyyarəsi Moskva vaxtı ilə 16:45-də Vnukovo hava limanına eniş etdi.Dövlət başçısını hava limanında Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Bogdanov və Anqolanın Rusiyadakı səfiri Joakim Auqusto de Lemuş qarşıladı.
Lourens fəxri qarovulu salamlayandan sonra, iki ölkənin dövlət himni səsləndirildi.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Anqola dövlət başçısı Joao Laurens, ötən ilin iyul ayında Johannesburqda BRICS zirvəsi çərçivəsində bir araya gəlib.