Avropa Şurası Putin və Makronun təklifini dəstəklədi

0
587

Avropa Şurası Rusiya Federasiyası və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun Ukraynadakı böhranı həll etmək üçün “Norman formatında” (Rusiya, Fransa, Almaniya və Ukrayna) danışıqlara yenidən başlamağın mümkünlüyü barədə təkliflərini tam dəstəkləyir.
Bunu Avropa Şurası Baş katibinin mətbuat xidmətinin rəhbəri Daniel Holtgen deyib.
“Prezidentlər yaxın həftələrdə Ukrayna ilə bağlı danışıqları “Norman formatında” bərpa etməyi düşünür. Çox yaxşı xəbərdir. Avropa Şurası və baş katib prosesi tam dəstəkləyir” – Avropa Şurası Baş katibinin mətbuat xidmətinin rəhbəri Daniel Holtgen qeyd etdi.
Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron Putinlə görüşü zamanı Ukraynadakı münaqişənin “yaxın gələcəkdə” həll edilməsi prosesinə “sürət əlavə etmək” istədiyini bildirib.