
Növbədənkənar seçkilər 9 fevral 2020 tarixinə təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı ölkənin Milli Məclisini ləğv etdi və fevralın 9-na növbədənkənar parlament seçkilərini təyin etdi. Dövlət başçısının müvafiq sərəncamı onun saytında dərc edilmişdir.
“Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin birinci hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə əsasən qərar verirəm: Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi ləğv edilsin. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər təyin olunsun”, sənəddə deyilir.