Barnaulda yerləşən ticarət mərkəzlərində partlayıcı olduğu iddia edilir

0
621

Rusiyanın Barnaul şəhərində yerləşən üç ticarət mərkəzində və avtovağzalında partlayıcı qurğuların olması iddia olunur.
Hadisə ilə bağlı bütün binalarda evakuasiya işləri aparıldı.
Bu barədə şəhərin hüquq-mühafizə orqanları məlumat verdi.
” Şəhərin “Oqni”, “Prazdniçnıy”, “Sedmoy Kontinent” ticarət mərkəzlərində və avtovağzalda partlayıcı qurğu barədə məlumat daxil oldu.
Adıçəkilən binalardan bütün insanlar evakuasiya olundu” – məlumatda deyilir.
“Oqni” ticarət mərkəzindən verilən məlumata görə son bir ayda ticarət mərkəzi analoji məlumat səbəbiylə 4 dəfə evakuasiya edilib.