Gələn həftə Rusiyanın İL-76 təyyarəsi Latın Amerikası ölkəsindəki meşə yanğınının söndürülməsi məqsədi ilə havaya qalxacaq.
Bu barədə Boliviya Prezidenti Evo Morales məlumat verdi.
“4-5 gün ərzində Rusiyadan 50 min litrə qədər su daşımaq qabilliyətinə malik İL-76 təyyarəsi gələcək. Boliviya yalnız istifadə xərclərini ödəyəcək.” – Boliviya Prezidenti Evo Morales qeyd etdi.
Boliviya ərazisində yanğınların söndürülməsində bir neçə təyyarə və vertolyot, 4000 hərbçi, yanğınsöndürənlər və könüllülər, o cümlədən yüzlərlə texnika iştirak edir.
Qeyd edək ki, bir müddət öncə Evo Morales Çiquitaniya bölgəsinin meşələrində yanğınların söndürülməsində şəxsən iştirak edib.