Rusiyanın xarici işlər nazirinin müavini Mixail Bogdanov, Misirin Moskvadakı səfiri İhab Nasr ilə Sudan və Liviyadakı vəziyyəti müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
Söhbət əsnasında Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Xüsusilə Liviya və Sudandakı vəziyyətə və Yaxın Şərqdə həll prosesinin perspektivlərinə vurğu edildi” – məlumatda deyilir.
Görüşdə bu və digər böhran vəziyyətlərin, eləcə də Yaxın Şərq və Şimali Afrikada sülh və təhlükəsizlik məkanının formalaşdırılması, Rusiya-Misir əməkdaşlığının gücləndirilməsinin vacibliyi qeyd olundu.