Boqdanov Suriyanın müxalifət nümayəndəsi ilə görüşdü

0
678

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriya Müxalifətinin dəyişik və azadlığ cəbhəsinin rəhbər nümayəndəsi, Suriya müxalifətinin Moskva Platforması rəhbəri Kadri Cəmil ilə görüşdü.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat verildi.
“Suriya Milli Dialoq Konqresinin Soçidə qəbul etdiyi qərarlara və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, Suriyadaki münaqişənin siyasi həll prosesinin vəzifələri barədə fikir mübadiləsi aparıldı. Suriyanın birliyini, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək lazım olduğu vurğulandı” məlumatda deyilir.
Qeyd edək ki, ötən həftə terrorçular Suriyanın Hama əyalətinin, Hələb və Latakiya dağlarında yerləşən yaşayış məntəqələrinə hücumların sayını artırdılar.