Bundestaqda anti-Rusiya sanksiyalarının ləğvinə dair şərtlər açıqlandı

0
573

Rusiyadan sanksiyaların qaldırılmasının şərtləri Minsk müqavilələrinin həyata keçirilməsidir, bu məqsədlə “Norman formatında” işlər davam etdirilməlidir.
Bu barədə Bundestaqın vitse-prezidenti Tomas Operman, Dövlət Dumasının birinci vitse-spikeri Aleksandr Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra Berlində jurnalistlərə məlumat verdi.
“Hesab edirəm ki, bizi ayıran sanksiyalardan danışmalıyıq. Əminəm ki, bu sanksiyaları qarşılıqlı əsasda aradan qaldırmaq mümkündür. Bunun üçün əsas şərt Ukraynanın şərqindəki münaqişə ilə bağlı “Norman formatında” danışıqlarda və hər iki tərəfin maraqlarına uyğun Minsk sazişlərinin həyata keçirilməsinə davam etməkdir” – Operman qeyd etdi.