Buryatiyada maşın qatarla toqquşdu: ölənlər var

0
2970

Minik avtomobilin sürücüsü və avtomobilin iki sərnişini Buryatiyada qatarla toqquşma nəticəsində dünyasını dəyişib.
Bu barədə Şərqi-Sibir dəmiryolunun internet saytından məlumat verildi.
“Avtomobilin sürücüsü yaxınlaşan yük qatarının qarşısında olan dəmir yolu keçidinə tərəf sürüb. Qatar sürücüsü təcili əyləc sistemini tətbiq etsə də, məsafə kifayət qədər olmadığından toqquşmanın qarşısını almaq mümkün olmayıb. Qəza nəticəsində avtomobilin sürücüsü və iki sərnişin yerindəcə dünyasını dəyişib” – verilən məlumatda deyilir.
Hazırda Şərqi-Sibir Dəmir Yolunun komissiyası hadisə yerində işləyir.