Seul, ilin sonuna qədər Rusiya Dövlət Başçısı Vladimir Putinin Cənubi Koreyaya səfər etməyinə ümid edir, ancaq dəqiq tarix hələ razılaşdırılmayıb.
Bu barədə Koreyanın Moskvadakı səfiri Younq Qın jurnalistlərə açıqlamasında bildirdi.
“Hələli hər hansı bir razılaşma yoxdur. İlin sonunadək prezident Vladimir Putinin Ölkəmizə səfər edəcəyini gözləyirik, lakin dəqiq vaxt barədə hələ razılaşdırılmayıb” – Səfir qeyd etdi.