Çelyabinsk vilayətində ağır yol qəzası baş verdi, ölənlər var

0
647

Rusiyanın Çelyabinsk vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişdi, bir uşaq və bir yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi.
Bu barədə Daxil İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş idarəsi məlumat verdi.
Polisin məlumatına əsasən Moskva vaxtı ilə 06:45-də Troisk-Stepnoye magistral yolunda Vaz 2106 minik avtomobili ilə Suzuki Grand Vitara minik avtomobili toqquşub.
Hazırda yol polisi əməkdaşları hadisə yerində qəzanın baş vermə səbəblərin araşdırır.