Çelyabinsk vilayətinin Argayaşski rayonunda iki “VAZ” avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər ölüb, biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk vilayəti üzrə baş idarəsinin mətbuat xidməti məlumat verdi.
Mətbuat mərkəzindən verilən məlumata görə, qəza Argayaşski rayonunun Kuzyaşevo-Malaya Ultrakova yolunun 6-cı kilometrliyində baş verib.
Məlumata əsasəın, qəzanın fəsadlarını aradan qaldırılmasına 22 canlı qüvvə, 7 ədəd texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyinin 10 nəfər işçi heyyəti və 3 ədəd texnika cəlb olunub.
Hazırda FHN və polis əməkdaşları qəzanın səbəblərin araşdırır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.