Çelyabinsk vilayətinin Satka şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada səkkiz nəfər xəsarət alıb.
Bu barədə Rusiya Yol polisinin Çelyabinsk üzrə baş idarəsindən məlumat verildi.
Məumata əsasən, “VAZ-2121” markalı minik avtomobilin sürücüsü qarşıdakı zolağa çıxaraq “GAZ Next” markalı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində avtobusun altı sərnişini, o cümlədən minik avtomobilin sürücüsü və sərnişini yaralanaraq, xəstəxanaya yerləşdirilib. Xəsarət alanlara tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb.
Hazırda əməliyyat-istintaq qrupu qəzanın detalların araşdırır.