Çelyabinskda millət vəkili öz həyat yoldaşını güllələdi

0
2716

Hüquq-mühafizə orqanlarının əməkdaşları arvadını öldürməkdə şübhəli bilinərək Çelyabinsk vilayətinin Lokomotiv şəhər məclisi deputatını nəzarət altına alıb.
Bu barədə “Kurs dela” xəbər portalı məlumat verib.
Məlumata əsasən, hadisə avqustun 21-nə keçən gecə baş verib. Deputatın həyat yoldaşını bir neçə dəfə vurduğu iddia edilir. Qadın bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Hazırda hadisə yerində istintaq işçiləri cinayətin detallarını araşdırır.
Qeyd edək ki, saxlanılan şəxs yerli xəstəxananın baş həkimi vəzifəsini də icra edir.