Çernobılda 3 stalker saxlanıldı

0
499

Ukraynanın Çernobıl zonasında ikisi Böyük Britaniya, biri Rusiya vətəndaş olmaqla üç stalker saxlanılıb.
Bu barədə Ukraynanın Kiyev vilayətindəki Milli Polis Təşkilatının mətbuat xidmətində məlumat verildi.
“Pripyat kəndində iki Britaniya vətəndaşı, Terekinin kəndində isə Rusiya Federasiyasının bir vətəndaşı saxlanılıb. Ekstremal turizm məqsədilə qadağan olunmuş zonaya gələn stalkerlər burada bir gün keçiriblər.
Polisin sözlərinə görə, stalkerlərə qarşı inzibati protokollar hazırlanıb, cərimələr tədbiq olunub. Hüquq pozucuları barədə məlumat Ukrayna Təhlükəsizlik Xidmətinə və Dövlət Sərhəd Xidmətinə göndərilib.