Çinin mədəniyyət və turizm nazirinin müavini Rusiya ilə əlaqələri yüksək qiymətləndirdi

0
600

 

Rusiya ilə Çin arasındakı münasibətlər bu gün tarixdə ən yaxşı inkişaf mərhələsindədir. Bunu Çin Xalq Respublikası mədəniyyət və turizm nazirinin müavini Çjan Suy bildirib.
“Çin və Rusiya bir-birinin ən böyük qonşularıdır və iki dövlətin rəhbərliyi altında Çin-Rusiya münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və qarşılıqlı əlaqəyə çevrilmiş və tarixin ən yaxşı inkişaf dövründədir” – Çinli nazir müavini qeyd etdi.
Onun sözlərinə görə, bu il Çinin qurulmasının, həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70 illiyidir. Bu il həm də Rusiya-Çin regional əməkdaşlığı və mübadiləsi ilidir.