Dağıstanda ağır yol qəzası baş verdi

0
671

 

Dağıstanın şimalında yerləşən Tamurov rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu. Qəza nəticəsində bir nəfər dünyasını dəyişdi, 5 nəfər xəsarət aldı.
Bu barədə Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
” Avtomobil qəzası nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişdi, 5 nəfər xəsarət aldı.
Xəsarət alanların ikisinin vəziyyəti ağır, üçünün isə orta ağırdır.” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.