Dağıstanda ev yandı: 3 nəfər dünyasını dəyişdi

0
624

Dağıstanda yaşayış evində baş verən yanğın nəticəsində 3 nəfər dünyasını dəyişdi, onlardan ikisinin uşaq olduğu bildirilir.
Bu barədə Səhiyyə Nazirliyinin region üzrə xüsusi nümayəndəsi məlumat verib.
“Kizlar rayonunun Krasnovka kəndində yerləşən bir mərtəbəli yaşayış evində yanğın nəticəsində bir kişi, onun 7 və 9 yaşlı nəvələri olmaqla, 3 nəfər dünyasını dəyişib” – Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən verilən məlumata əsasən yanğın 100 kvadratmetr ərazini əhatə edib.