Dağıstanın Tarumov şəhərində “Ural” markalı hərbi avtomobilin aşması nəticəsində 8 hərbçi xəsarət aldı.
Bu barədə regionun Səhiyyə Nazirliyindən məlumat verildi.
Kavkaz federal magistral yolundada qəza baş verdi. Kalinovka kəndi yaxınlığında içi hərbiçilərdən ibarət olan “Ural” avtomobili aşdı. İlkin məlumata görə, səkkiz nəfər xəsarət alıb.” – barədə regionun Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir.
Məlumata əsasən səkkiz zərərçəkmişdən 3 nəfəri Tarumov Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağırlıq kimi qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, qəzanın baş vermə səbəbi araşdırılır.