Dövlət Duması Şurası xarici müdaxilə faktlarını araşdırmaq üçün komissiya yaratdı. Komissiyanın ilk sessiyası bu həftə keçiriləcəyi bildirilir.
Bu barədə Dövlət Dumasında verilən məlumata deyilir.
“Duma Şurasının qərarı ilə xarici müdaxilə faktlarını araşdırmaq üçün komissiya yaradıldı. Bu həftə ilk toplantı baş tutacaq. Komissiyanın sədri Vasili Piskarev təyin edildi” – verilən məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Xarici İşlər Nazirliyinin, Moskvadakı razılaşdırılmamış mitinqlər haqqında məlumat verərkən, diplomatik işçilərinin və medianın Rusiyanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı məlumatları ABŞ və Almaniyanın rəhbərliyinə sübut edəciyini deyib.