Ekspert Suriyanın şimalında Türkiyə əməliyyatının bərpa olunacağını istisna etməyib

0
417

Türkiyə, məqsədlərini əldə etmədiyinə görə Suriyanın şimalında əməliyyatını davam etdirə bilər, Federasiya Şurası sədrinin köməkçisi, Rusiya Diplomatlar Birliyi Şurası sədrinin müavini, fövqəladə və səlahiyyətli səfir Andrey Baklanov belə hesab edir.

“Onlar ictimai rəyin qəzəbinə rəğmən əməliyyatını bərpa edə bilərlər” dedi.
Onun sözlərinə görə, Türkiyənin Suriyanın şimalında hələ əldə olunmamış iki əsas hədəfi var.

Baklanov hesab edir ki, “Birinci məqsəd, heç bir adı olmadan və hər hansı bir formada müstəqil və ya yarı müstəqil kürd dövlətinin olmamasını təmin etməkdir. Suriyada müstəqil, yarı müstəqil, muxtar, yarı muxtar (kürd) varlığı olmaması üçün səy göstəriləcək.”  .
Baklanovun fikrincə, Türkiyənin ikinci məqsədi “silahlı (Suriya) kürdlərin sayını minimuma endirməkdir”.
“Onlar və Türkiyə arasında bir növ bufer zona olsa da, heç bir ciddi kürt hərbi hissənin  silahlanmamasını təmin etmək istəyərlər” deyə açıqlama verib.