Estoniya hakimiyyəti Sputnik işçilərini cinayət işləri ilə hədələyir

0
445

Estoniya hakimiyyəti “Sputnik Estoniya” işçilərini 1 yanvar 2020-ci il tarixinə qədər “Russia Today” informasiya agentliyində işləməyi dayandırmasalar, cinayət məsuliyyəti ilə hədələyirlər. Bu barədə agentliyin mətbuat xidmətindən məlumat verilib.
“Xatırlatmaq istəyirik ki, “Russia Today” heç bir Aİ-nin sanksiya siyahısında yoxdur. Biz Estoniya hakimiyyətinin hərəkətlərini açıq-aşkar özbaşınalıq hesab edirik və son illərdə misli görünməmiş söz azadlığının pozulması halının lazımi səviyyədə qiymətləndirilməsini və jurnalistlərimizin hüquqlarını təmin etmək üçün tədbirlər görməsini tələb edərək BMT, ATƏT, Avropa Şurası, UNESCO, AİHM kimi beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırıq.” – deyə agentlikdən bildirildi.
Bəyanatda göstərildiyi kimi, jurnalistlərə polis bölməsindən və ölkənin sərhəd mühafizə orqanlarından “onlara qarşı cinayət işlərinin aparılması ilə birbaşa təhdid” məktubları daxil olub. Tallinn öz hərəkətlərini AB-nin 2014-cü ilin mart ayında Ukraynadakı hadisələr fonunda bir sıra fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarla əsaslandırıb.