Estoniya prezidenti 8 ildə ilk dəfə Rusiyaya səfər edəcək

0
667

Estoniya prezidenti Kersti Kaljulaid aprelin 18-də Estoniyanın Rusiyadaki səfirliyin yenidən qurulmuş tarixi binasının açılışında iştirak edəcək.

Bu barədə prezident aparatından məlumat verildi.
Rusiya prezidentinin xarici siyasət üzrə məsləhətçisi Lauri Kuzinqin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinə Kaljulaidin aprelin 18-də Moskvaya səfəri barədə məlumat verilib, lakin bu günə qədər ikitərəfli görüşlərin olacağı planlaşdırılmayıb.
Estoniyanın Moskvadakı səfirliyi şəhərin tarixi mərkəzində, Kremlin, Arbat meydanı və Konservatoriyanın yaxınlığında yerləşir və yarandığı gündən eyni binada fəaliyyət göstərir. Estoniya Moskvaya ilk səfirini 1921-ci ilin fevralında təyin etdi. 2014-cü ildə səfirliyin yenidən qurulması barədə layihə qəbul olundu.
Qeyd edək ki tikinti işləri 2016-cı ilin payızında başlanıb.