Forbes jurnalı xəbər verir ki, teleaparıcı Kseniya Sobçak İnstaqramda ən çox qazanan 15 rus blogerinin reytinqini üstələyib.
Mütəxəssislər, Double Data tədqiqat şirkətinin təqdim etdiyi 1 iyun 2018-ci il tarixdən 31 may 2019-a qədər olan məlumatlar təhlil ediblər. Double Data mütəxəssisləri Rusiyada İnstagram bloggerlərinin ümumi abunəçilərinin sayı 2 milyondan çox olan hesablarını araşdırdı. Bunlardan il üçün ən çox reklam yerləşdirən 32 bloger seçilib. Bundan sonra Forbes, bu bloggerlərdən müxtəlif növ nəşrlərin yerləşdirilməsinin dəyəri barədə məlumat toplayaraq ən çox qazanan 15 nəfəri müəyyənləşdirib. Bundan sonra jurnal məlumatları dəqiqləçdirmək üçün onlarla əlaqə saxlayıb.