Fransada Putin və Makronun görüşü başlayıb

0
383

 

Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında danışıqlar başladı.
İkitərəfli görüşdən dərhal sonra iki ölkənin nümayəndələri də danışıqlara qoşulacaqlar.
Istisna deyil ki, Putin və Makron ikitərəfli gündəliyi müzakirə etməklə yanaşı, Avropadakı strateji təhlükəsizlik məsələlərinə də toxunsunlar.
Xatırladaq ki, Fransa Putinin Avropada orta və qısa mənzilli raketlərin yerləşdirilməməsinə moratorium təklifi ilə cavab verən yeganə ölkədir.
Putin və Makron siyasi dialoqu olduqca fəal dəstəkləyirlər. Təkcə 2019-cu ildə liderlər üç dəfə görüşüblər. Qeyd edək ki, Vladimir Putin Ukrayna, Fransa və Almaniya liderləri ilə birgə “Normand formatlı” sammitdə iştirak etmək üçün Parisə gəlib.