Fransanın keçmiş xarici işlər naziri Rusiya ilə münasibətləri Trampdan öncə tənzimləməyə çağırdı

0
667

Fransanın keçmiş xarici işlər naziri (1997-2002) Hubert Vedrin ABŞ prezidenti Donald Trampdan əvvəl Rusiya ilə münasibətlərin qurulmasının vacibliyini qeyd etdi.
Bunu Hubert Vedrin “Figaro” qazetinə verdiyi müsahibə zamanı deyib.
“Rusiya ilə münasibətlərimizi yenidən qurmaq lazımdır. Trampın yenidən seçiləcəyi təqdirdə, ABŞ və Rusiya arasındakı dinamikanı Avropanın maraqlarını nəzərə almadan yenidən başlatacağını gözləmədən.” – Hubert Vedrin vurğuladı.
Vedrin Rusiya ilə Fransa arasında hərbi, nüvə, kosmik və rəqəmsal sahələrdə, iqtisadiyyatın yaxşıllaşdırılmasında, eləcə də İslam terrorizminə qarşı mübarizədə əməkdaşlığın vacibliyini qeyd etdi.